Top.Mail.Ru
ÖZƏL

Medvedev əlini-qolunu sallayaraq HƏDƏLƏDİ: “Yəqin ki, onlar evlərinin yanında nüvə silahı İSTƏMƏZ”

“İsveç və Finlandiya NATO-ya qoşulsa, alyansın Rusiya ilə quru sərhədləri iki dəfədən çox uzanacaq. Təbii ki, bu sərhədləri gücləndirmək lazımdır. Quru qüvvələrinin qruplaşmasını və hava hücumundan müdafiəni ciddi şəkildə gücləndirmək üçün Finlandiya körfəzinin sularında əhəmiyyətli dəniz qüvvələri yerləşdirilməlidir”.

KAİM.az bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsveç və Finlandiyanın NATO-ya daxil olma ehtimalını dəyərləndirərkən deyib.

Saytların yığılması Saytların yığılması

Belə ki, o, sözügedən ölkələri nüvə silahı ilə hədələyib:

“Ağılı olan heç kim daha yüksək qiymətlər və vergilər, sərhədlər arasında artan gərginlik, “İsgəndər” raketləri, hipersəs və nüvə silahı olan gəmiləri evlərinin bir məsafəsində istəməz”, – deyə Medvedev vurğulayıb.

Sadiq İsmayılov

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir