Top.Mail.Ru
ÖZƏL

Zelenskidən AĞIR AÇIQLAMA: “Ukraynada 300 xəstəxana DAĞIDILIB”

“Rusiya ordusu torpaqlarımıza raket və hava hücumları ilə Ukraynada normal iqtisadi və sosial həyatı təmin edən yüzlərlə infrastruktur obyektini məhv edib”.

KAİM.az bildirir ki, bu sözləri Ukrayna hökümət başçısı Volodimir Zelenski Cənubi Koreya Assambleyasına videokonfrans vasitəsilə qatıldığı çıxışında deyib.

Saytların yığılması Saytların yığılması

“Rusiya raket və təyyarələri neft anbarlarını, ərzaq anbarlarını, hava limanlarını, qatar stansiyalarını, istehsal müəssisələrini və universitetləri məhv edir. Yalnız 938 təlim obyekti 300-ə yaxın xəstəxana məhv edilib. Bu Rusiya qoşunlarının düşünülmüş taktikasıdır, təsadüfi deyil”, – deyə Zelenski bildirib.

Dövlət başçısı Cənub liman şəhəri Mariupolun martın 1-dən Rusiya hərbçiləri tərəfindən mühasirəyə alındığını vurğulayıb:

“Ən pis vəziyyət martın 1-dən rus əsgərləri tərəfindən mühasirəyə alınan cənub liman şəhərimiz Mariupoldadır. Bu, yarım milyon əhalisi olan bir şəhər idi. İşğalçılar buranı mühasirəyə alaraq ora yemək və su gətirməyə belə imkan vermirdilər. Şəhəri ən qəddar şəkildə ələ keçirməyə çalışdılar, şəhərdə hər şeyi məhv etdilər.  On minlərlə ölü var. Bununla belə, ruslar hücumu dayandırmadılar”, – deyə o bildirib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir