Top.Mail.Ru
ÖZƏL

Ukraynada həyatını itirən uşaqların sayı AÇIQLANDI – Yüzlərlə azyaşlı ÖLDÜRÜLÜB

Rusiya və Ukrayna arasında baş verən döyüşdə həyatını itirən uşaqların sayı açıqlanıb.

KAİM.az bildirir ki, bu haqda Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Məlumata görə, Ukraynaya hücumların başladığı 24 fevraldan bu yana 176 uşağın öldüyü, 324 uşağın yaralandığı bildirilib.

Qeyd edək ki, Donetsk vilayətinin Kramatorsk şəhərində dünən 4 mindən çox insanın təxliyyə olunmağı gözlədiyi qatar stansiyasına edilən hücumda 5 uşağın həyatını itirdiyi, 16-nın isə yaralandığı açıqlanıb.

Rusiya hərbçilərinin mülki infrastruktura və yaşayış məntəqələrinə təşkil etdiyi hücumlarda 928 təhsil müəssisəsi zərər görüb, 84-ü isə tamamilə yararsız vəziyyətə düşüb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir